Rəşad Sadıqov bir aydan çox yaşıl meydanlardan kənarda qalacaq

Rəşad Sadıqov bir aydan çox yaşıl meydanlardan kənarda qalacaq Millinin kapitanı Londonda müayinədən keçib
Futbol
10 Noyabr , 2016 23:47
Rəşad Sadıqov bir aydan çox yaşıl meydanlardan kənarda qalacaq

Şimali İrlandiya, Belfast. 10 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi və "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqovun Londonda müayinəsinin nəticələri məlum olub.

"Report"un Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki məlumat verib.

Kapitanın zədəsindən danışan xorvatiyalı mütəxəssis bunun köhnə olduğunu bildirib:

"Bu, təzə zədə deyil. Rəşad Norveçlə oyundan sonra meydana çıxa bilmədi. Bu gün Londona gedərək, həkimlə görüşdü. Müayinədən sonra məlum oldu ki,o, gələn həftədən müalicəyə başlayacaq. Amma 6 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. Bir tərəfdən yaxşıdır ki, müalicə görməyəcək, amma digər tərəfdən uzun müddət oynamayacaq".

Son xəbərlər

Orphus sistemi