Rəşad Sadıqov: "Bayrağımızı Kəlbəcərdə və Xankəndində sancacağıq"

Rəşad Sadıqov: "Bayrağımızı Kəlbəcərdə və Xankəndində sancacağıq" "Oyuna köklənmək çox çətin idi. Şəxsi həyat və iş haqqında düşünmək çətindir. Allah ordumuza, xalqımıza və dövlətimizə yardım etsin. İnanıram ki, tezliklə torpaqlarımızı azad edəcəyik. Allah ordumuza kömək olsun".
Futbol
3 Oktyabr , 2020 18:44
Rəşad Sadıqov: Bayrağımızı Kəlbəcərdə və Xankəndində sancacağıq
Rəşad Sadıqov

"Oyuna köklənmək çox çətin idi. Şəxsi həyat və iş haqqında düşünmək çətindir. Allah ordumuza, xalqımıza və dövlətimizə yardım etsin. İnanıram ki, tezliklə torpaqlarımızı azad edəcəyik. Allah ordumuza kömək olsun". 

"Report" xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın V turunda "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 

38 yaşlı mütəxəssis bildirib ki, matça hazırlaşmaq çətin olub: "Amma məcburən işimizi görməliyik. Oyunumuzda belə gedişat gözləmirdim. Rəqib matça yaxşı başladı. Oyunu müdafiədən qurub, səhv etmələrini gözlədik. Amma etmədilər. 100 faizlik qol epizodumuz olmurdu. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Amma futbol səhv oyunudur, kim istifadə edirsə, o da qalib gəlir". 

Sadıqov bu gün çempionatın favoriti ilə oynadıqlarını bildirib: "İtkilərimiz var idi, heç-heçə yaxşı nəticə hesab olunardı. Uğur qazanmaq komandanı rahatlaşdıra bilər. Futbolçulara da demişəm ki, ələ düşən fürsətlərdən istifadə etmək lazımdır. 1-2 xal irəliləmək böyük üstünlük deyil. Gücümüz çatdığı qədər yaxşı mübarizə aparmağa çalışacağıq". 

Azərbaycan millisinin sabiq kapitanı cəbhə bölgəsində baş verənlər barədə bunları da söyləyib: "Məndə inanılmaz inam var. Çox şükürlər olsun ki, dövlətimizin və ordumuzun gücü sayəsində irəliləyirik. Şəhidlərimiz də olub. Ailələrə səbr diləyirəm. Ümid edirəm ki, Kəlbəcərdə, Laçında və Xankəndində bayrağımızı sancacağıq. İnanıram ki, yaxın gələcəkdə hamı sevinəcək".

Son xəbərlər

Orphus sistemi