Azərbaycan millisinin yarımmüdafiəçisi: "Qaret Beyl kimi adlar bizi qorxutmamalıdır"

Azərbaycan millisinin yarımmüdafiəçisi: "Qaret Beyl kimi adlar bizi qorxutmamalıdır" Bizi qarşıda ağır oyunlar gözləyir. Ancaq istənilən vəziyyətdə maksimum nəticə qazanmaq üçün əlimizdən gələni etməliyik. Xal götürməyin necə çətin tapşırıq olduğunu bilirik.
Futbol
5 Sentyabr , 2019 12:00
Azərbaycan millisinin yarımmüdafiəçisi: Qaret Beyl kimi adlar bizi qorxutmamalıdır

"Bizi qarşıda ağır oyunlar gözləyir. Ancaq istənilən vəziyyətdə maksimum nəticə qazanmaq üçün əlimizdən gələni etməliyik. Xal götürməyin necə çətin tapşırıq olduğunu bilirik".

Bunu "Report"a Azərbaycan Azərbaycan millisini futbolçusu Rəşad Eyubov Uels yığması ilə səfərdə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib. 

27 yaşlı yarımmüdafiəçi bildirib ki, müasir futbolda istənilən rəqibi məğlub etmək mümkündür: "Bəli, Uels yığmasında tanınmış oyunçular var. Amma Qaret Beyl kimi adlar bizi qorxutmamalıdır. İstənilən komandaya qarşı oynamaq olar. Düşünürəm ki, gələcəkdə milli çempionat inkişaf etdikcə yığmanın da nəticələri yaxşılaşacaq. Təcrübəli oyunçularımız və perspektivli gənclərimiz var".

Eyubov hazırkı klubu "Sabah"ın Premyer Liqanın cari mövsümündə 3 turdan sonra 2 xal qazanmasına da münasibət bildirib: "Bəhanə kimi görünməsini istəmirəm, amma biz "Neftçi" və "Zirə" ilə çətin səfər oyunlarında uduzmamışıq. "Keşlə"yə uduzduğumuz görüşdə istənilən səviyyədə çıxış etmədik. Ancaq digər 2 qarşılaşmanı aktivimizə yaza bilərik. Düşünürəm ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə "Sabah"ın xeyrinə olacaq. Reallığı qəbul etmək lazımdır. "Qarabağ" digər 7 klubla müqayisədə başqa səviyyədədir. Qalan komandalar aşağı-yuxarı eyni gücdədirlər. Mükafatlar uğrunda hamısı mübarizə aparacaq".

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Milli komandanın 3 gün sonra Xorvatiya ilə “Bakcell Arena”dakı qarşılaşması isə saat 20:00-a təyin olunub.

Son xəbərlər

Orphus sistemi