Rəqibini dişləməkdə günahlandırılan futbolçu sərt cəza ala bilər

Rəqibini dişləməkdə günahlandırılan futbolçu sərt cəza ala bilər İngiltərə Futbol Assosiasiyası Çempionşipdə mübarizə aparan "Bornmut" klubunun futbolçusu Cefferson Lerma ilə bağlı araşdırmalara başlayıb.
Futbol
22 Dekabr , 2020 20:10
Rəqibini dişləməkdə günahlandırılan futbolçu sərt cəza ala bilər
Cefferson Lerma

İngiltərə Futbol Assosiasiyası Çempionşipdə mübarizə aparan "Bornmut" klubunun futbolçusu Cefferson Lerma ilə bağlı araşdırmalara başlayıb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi "Şeffild Uensdey"lə matçın (0:1) 83-cü dəqiqəsində rəqib komandanın oyunçusunu dişləməkdə günahlandırılır.

Futbolçunun özü ittihamları rədd edib. O, bununla bağlı etirazını dekabrın 24-dək rəsmi şəkildə bildirməlidir.

26 yaşlı futbolçunun günahı sübuta yetirilsə, o, uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.

Son xəbərlər

Orphus sistemi