Rəqibin üzünə tüpürən futbolçuya sərt cəza verildi

Rəqibin üzünə tüpürən futbolçuya sərt cəza verildi Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun futbolçusu Markus Tyuramın cəzası açıqlanıb.
Futbol
808
21 Dekabr , 2020 20:57
Rəqibin üzünə tüpürən futbolçuya sərt cəza verildi
Markus Tyuramın

Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun futbolçusu Markus Tyuramın cəzası açıqlanıb.

"Report" Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqanın XIII turunun "Hoffenhaym"la oyununda (1:2) rəqib komandanın futbolçusu Ştefan Poşun üzünə tüpürdüyü üçün qırmızı vərəqə alan 23 yaşlı hücumçu biri şərti olmaqla, 6 oyunluq diskvalifikasiya olunub.

Cəza çempionat və ölkə kubokunun matçlarına aiddir. Fransalı forvard həmçinin 40 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Markus Tyuram Fransa millisinin heyətində dünya (1998) və Avropa (2000) çempionu olmuş Lilian Tyuramın oğludur.

Son xəbərlər

Orphus sistemi