Renat Dadaşovun komandası "Neftçi"nin müdafiəçisini istəyir

Renat Dadaşovun komandası "Neftçi"nin müdafiəçisini istəyir "Neftçi"nin futbolçusu Uqo Basto komandanı tərk edə bilər.
Futbol
29 Yanvar , 2022 11:58
Renat Dadaşovun komandası Neftçinin müdafiəçisini istəyir

"Neftçi"nin futbolçusu Uqo Basto komandanı tərk edə bilər.

"Report"un "A Bola" nəşrinə istinadən məlumatına görə, Portuqaliyanın "Tondela"a klubu 29 yaşlı müdafiəçini transfer etmək istəyir. Tondela şəhərinin eyniadlı təmsilçisi portuqaliyalı oyunçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir.

Cari mövsüm keçirdiyi oyunlarda 39 top buraxmış komanda müdafiə xəttindəki problemi məhz Basto ilə aradan qaldırmağı planlaşdırır.

"Tondela" klubunda müqavilə ilə İngiltərə "Vulverhempton"una məxsus olan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da çıxış edir.

Qeyd edək ki, Huqo Basto ötən ilin iyulundan "Neftçi"nin formasını geyinir.

Son xəbərlər

Orphus sistemi