Rəmiş Malıyev: “Əgər "İnter" dağılmasa fəaliyyətimi bu klubda davam etdirəcəyəm”

Rəmiş Malıyev: “Əgər "İnter" dağılmasa fəaliyyətimi bu klubda davam etdirəcəyəm” “İnter”in icraçı direktoru klubun gələcək taleyi ilə bağlı suala konkret cavab verməyib
Futbol
1 İyul , 2017 17:54
Rəmiş Malıyev: “Əgər İnter dağılmasa fəaliyyətimi bu klubda davam etdirəcəyəm”

Bakı. 1 iyul. REPORT.AZ/ Bakının “İnter” klubunun icraçı direktoru Rəmiş Malıyevin UEFA-nın Hüquq Komissiyasında növbəti müddətə fəaliyyətini davam etdirməsi sual altındadır. 

Bu barədə “Report”a R.Malıyevin özü məlumat verib.

41 yaşlı mütəxəssis bildirib ki, “İnter” klubu fəaliyyətini davam etdirsə o, komissiyadan ayrılacaq: "Bu, əvvəlki tərkibin yenilənmiş siyahısıdır. Mən həmin siyahıda yer alsam da, yaxın vaxtlarda yəqin ki, oradan çıxacağam. Əgər "İnter" dağılmasa fəaliyyətimi bu klubda davam etdirəcəyəm".

"İnter"in yaşamama təhlükəsi varmı" sualına isə R.Malıyev konkret cavab verməyib: "Həyatda hər şey mümkündür".

Qeyd edək ki, R.Malıyev AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri, eləcə də UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidir.

Son xəbərlər

Orphus sistemi