Region Liqasının oyununda şəhidin xatirəsi yad olunub

Futbol
  • 18 aprel, 2022
  • 13:08
Region Liqasının oyununda şəhidin xatirəsi yad olunub

44 günlük Vətən müharibəsində şəhid olmuş Atiq Ariz oğlu İbrahimovun xatirəsi Region Liqası oyununda anılıb.

"Report"un məlumatına görə, bu, Mingəçevir təmsilçisi "Energetik" ilə “Cəbrayıl” komandaları arasındakı 1/4 final mərhələsinin ilk oyununda baş tutub. "Energetik"in oyunçuları meydana şəhidin üstündə şəkli əks olunan formalarla çıxıblar.

Start fitindən əvvəl İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qarşılaşma "Cəbrayıl"ın 2:1 hesablı qələbəsi ilə bitib.

Komandalar arasındakı cavab qarşılaşması Sumqayıtda olacaq.