Regekampf "Neftçi"nin yeni transferini tərifləyib

Regekampf "Neftçi"nin yeni transferini tərifləyib "Kvirkveliya bizimlə təlim-məşq toplanışındadır. O, həddindən artıq yaxşı futbolçudur".
Futbol
7 İyul , 2022 11:27
Regekampf Neftçinin yeni transferini tərifləyib

"Kvirkveliya bizimlə təlim-məşq toplanışındadır. O, həddindən artıq yaxşı futbolçudur".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yeni transfer Solomon Kvirkveliya barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis gürcüstanlı müdafiəçinin komandası üçün faydalı olacağına inandığını bildirib: "1 metr 96 santimetr boya malikdir. Ən əsası, onun beynəlxalq təcübəsi var. Kvirkveliyanının oyununu Gürcüstan millisinin Bolqarıstan və Şimali Makedoniyaya qarşı keçirdiyi matçlarda gördüm və çox bəyəndim".

Rumıniyalı baş məşqçi ölkəsinin "Styaua" klubunun da 30 yaşlı futbolçu ilə maraqlanmasından xəbərsiz olduğunu söyləyib: "Kvirkveliyanın ucuz oyunçu olduğunu düşünmürəm. Transferin neçəyə başa gəldiyini bilmirəm. Bu, mənim işim deyil".

Qeyd edək ki, "Neftçi" Solomon Kvirkveliya ilə 2 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi