Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı açıqlandı - TƏQVİM

Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı açıqlandı - TƏQVİM Hər iki şahmatçı ağ fiqurlarla çıxış edəcəklər
Futbol
287
17 May , 2021 16:25
Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı açıqlandı - TƏQVİM
Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov

Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov "The FTX Crypto Cup"un ilk turunda ABŞ təmsilçisi Hikaru Nakamuraya rəqib olub.

Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenlə görüşəcək. Hər iki şahmatçı ağ fiqurlarla çıxış edəcəklər.

Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla V turda, Məmmədyarov isə VII turda qarşılaşacaq. Onlar bu qarşılaşmalarını da ağ fiqurlarla keçirəcək.

VI turda isə Azərbaycan şahmatçıları bir-birinə rəqib olacaq. Rəcəbov ağ, Məmmədyarov isə qara fiqurlarla oynayacaq.

Azərbaycan şahmatçılarının bütün görüşlərinin təqvimi belədir:

I tur

Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)

Şəhriyar Məmmədyarov - Maqnus Karlsen (Norveç)

II tur

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov

Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov

III tur

Teymur Rəcəbov - Pyotr Svidler (Rusiya)

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)

IV tur

Pyotr Svidler (Rusiya) - Şəhriyar Məmmədyarov

Fabiano Karuana (ABŞ) - Teymur Rəcəbov

V tur

Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan)

Şəhriyar Məmmədyarov - Fabiano Karuana (ABŞ)

VI tur

Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov

VII tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)

Yan Nepomnyaşi (Rusiya) - (Teymur Rəcəbov)

VIII tur

Teymur Rəcəbov - Uesli So (ABŞ)

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)

IX tur

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov

Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov

X tur

Teymur Rəcəbov - Alan Piçot (Argentina)

Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa)

XI tur

Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov

Aniş Giri (Niderland) - Teymur Rəcəbov

XII tur

Teymur Rəcəbov - Dinq Liren (Çin)

Şəhriyar Məmmədyarov - Aniş Giri (Niderland)

XIII tur

Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov

Aleksandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov

XIV tur

Teymur Rəcəbov - Daniil Dubov (Rusiya)

Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk (Rusiya)

XV tur

Daniil Dubov (Rusiya) - Şəhriyar Məmmədyarov

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov

Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur. püşkə əsasən, ilk 5 tur mayın 23-də, VI - X turlar mayın 24-də, XI - XV turlar mayın 25-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi