"Real Madrid" və "Portu" Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb

"Real Madrid" və "Portu" Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk cavab oyunları keçirilib
Futbol
11 Mart , 2015 01:46
Real Madrid və Portu Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb

Bakı. 11 Mart. REPORT.AZ/ Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk cavab oyunları keçirilib. "Report"un məlumatına görə, görüşlər Portuqaliya və İspaniyada baş tutub.

Futbol azarkeşləri iki oyunda 10 qolun şahidi olub. İspaniyada "Real Madrid" Almaniyanın "Şalke" klubunu qəbul edib. Matçın favorutu Madrid təmsilçisi hesab olunsa da, hər şey gözlənilə kimi olmayıb.

İlk oyunda Karlo Ançelottinin yetirmələri rəqib qapısından 2 cavabsız top keçirdiyindən doğma azarkeşlər önünə daha rahat çıxmışdı. Qonaqların aktivliyi özünü matçın 20-ci dəqiqəsində biruzə verib. Kristian Fuks hesabı açıb - 1:0. Bundan sonra hücumların sayını artıran madridlilər cəmi 5 dəqiqə sonra hesaba tarazlıq gətirib. Kriştiano Ronaldu adını tabloya yazdırıb. Bundan sonra "Santyiqao Bernabeu"ya toplaşanlar daha 4 qolun şahidi olublar. 

90 dəqiqənin sonunda "Şalke" meydanı qalib qismində tərk etsə də, iki oyunun nəticəsinə əsasən "Real Madrid" növbəti mərhələyə vəsiqə qazanıb.

Digər görüşdə isə "Portu" öz meydanında İsveçrə "Bazel"ini sınağa çəkib. Qarşılaşmanın meydan sahibləri üçün uğursuz başladığını demək olar.

Matçın 14-cü dəqiqəsində "Portu"nun hesabı açmasına baxmayaraq, 4 dəqiqə sonra portuqaliyalıların iki futbolçusu bir-biri ilə toqquşub. Qapıçı Fabiano ilə müdafiəçi Danilonun toqquşması ikinciyə baha başa gəlib.

Tərəflər bir neçə dəqiqə yerdə qalsa da, əlcək sahibi özünü toparlaya bilib. Komandanın kapitani olan Danilo isə oyunu davam etdirə bilməyib. Huşunu itirən futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Onu matçın 22-ci dəqiqəsində Martins İndi əvəzləyib. Bundan sonra isə azarkeşlər daha 3 qolun şahidi olublar. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb və "Portu" 1/4 final mərhələsinə vəsiqə qazanıb.

"Portu" (Portuqaliya) - "Bazel" (İsveçrə) - 4:0

Qol: Yasin Braimi, 14. Hektor Herrera, 48. Kasemiro, 56. Vensan Abubakar, 76.

İlk oyun - 1:1

"Real Madrid" (İspaniya) - "Şalke" (Almaniya) - 3:4

Qol: Kriştiano Ronaldo, 25; 45+1. Kərim Benzema, 53 - Kristian Fuks, 20. Yan Huntelar, 41; 85 Salif Sane, 57.

İlk oyun - 2:0

Son xəbərlər

Orphus sistemi