"Real Madrid" və "Bavariya" komandalarının oyunları yeni rekordla əlamətdar olacaq

"Real Madrid" və "Bavariya" komandalarının oyunları yeni rekordla əlamətdar olacaq Bakı. 13 aprel. REPORT.AZ/ İspaniyanın Real Madrid və Almaniyanın Bavariya klubları arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının yarımfinal oyunları yeni rekordla əlamətdar olacaq.
Futbol
13 Aprel , 2018 20:01
Real Madrid və Bavariya komandalarının oyunları yeni rekordla əlamətdar olacaq

Bakı. 13 aprel. REPORT.AZ/ İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının yarımfinal oyunları yeni rekordla əlamətdar olacaq.

"Report"un məlumatına görə, iki komanda Avropanın ən nüfuzlu klub turnirində 25-ci və 26-cı dəfə üz-üzə gələcəklər. İndiyədək heç bir cütlük avrokuboklarda bu qədər görüşməyib.

Qeyd edək ki, "Bavariya" və "Real Madrid" aprelin 25-də Münhendə, mayın 1-də isə İspaniya paytaxtında qarşılaşacaqlar. Digər yarımfinal görüşü İngiltərə "Liverpul"u ilə İtaliya "Roma"sı arasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi