"Real Madrid" ulduz futbolçunun transferindən imtina edib

"Real Madrid" ulduz futbolçunun transferindən imtina edib İspaniya "Real Madrid"i İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqbanın transferindən imtina edib.
Futbol
28 Noyabr , 2021 16:10
Real Madrid ulduz futbolçunun transferindən imtina edib

İspaniya "Real Madrid"i İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqbanın transferindən imtina edib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yüksək məvacib tələbi "kral klubu"nu fikrindən daşındırıb.

Bildirilib ki, 28 yaşlı oyunçu Madrid təmsilçisinə azad agent kimi keçsə belə, rəhbərlik onun şəxsi müqaviləsində göstərilən istəklərini qarşılamağa hazır deyil.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi