"Real Madrid" Ukraynanın qaçqın əhalisinə bir milyon avro bağışlayıb

"Real Madrid" Ukraynanın qaçqın əhalisinə bir milyon avro bağışlayıb İspaniyanın "Real Madrid" klubu Ukraynanın köçkün əhalisinə bir milyon avro bağışlayacaq.
Futbol
16 Mart , 2022 14:04
Real Madrid Ukraynanın qaçqın əhalisinə bir milyon avro bağışlayıb

İspaniyanın "Real Madrid" klubu Ukraynanın qaçqın əhalisinə bir milyon avro bağışlayıb.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "kral klubu" "Real Madrid" Fondunun martın 5-də başlatdığı "Hamı Ukrayna ilə birlikdə" kampaniyasına qoşulub. Paytaxt təmsilçisi əhalinin ehtiyaclarını yüngülləşdirməyə kömək məqsədilə bir milyon avro ödəyib.

Bundan əlavə, fond Ukraynadan çıxan qaçqınlar üçün 13 mindən çox isti idman geyimi bağışlayıb.

Qeyd edək ki, Ukrayna millisinin qapıçısı Andrey Lunin "Real Madrid"in formasını geyinir.

Son xəbərlər

Orphus sistemi