"Real Madrid" son 6 ildə ilk dəfə mövsüm ərzində 10 məğlubiyyətlə üzləşib - VİDEO

"Real Madrid" son 6 ildə ilk dəfə mövsüm ərzində 10 məğlubiyyətlə üzləşib - VİDEO Bakı. 17 yanvar. REPORT.AZ/ İspaniyanın Real Madrid futbol komandası son 6 ildə ilk dəfə 10 məğlubiyyət həddinə çatıb.
Futbol
17 Yanvar , 2019 10:20
Real Madrid son 6 ildə ilk dəfə mövsüm ərzində 10 məğlubiyyətlə üzləşib  - VİDEO

Bakı. 17 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" futbol komandası son 6 ildə ilk dəfə 10 məğlubiyyət həddinə çatıb.

"Report"un məlumatına görə, antiyubiley ölkə kubokunun 1/8 finalında "Leqanes"lə səfər oyununa təsadüf edib. "Krak klubu" 0:1 hesabı ilə uduzmasına baxmayaraq, 1/4 finala yüksəlib. Bu, ilk görüşdəki 3:0 hesablı qələbə sayəsində baş verib.

2012-2013 mövsümündə "Real Madrid" bütün yarışlarda 11 dəfə məğlub olub. Növbəti məğlubiyyət bu antirekordun təkrarlanması anlamına gələcək. Hazırda paytaxt komandası La Liqada 33 xalla 4-cü pillədə qərarlaşıb.   

Son xəbərlər

Orphus sistemi