İspaniya La Liqasında XXXV turun daha bir mərkəzi görüşü "Real Madrid" və "Sevilya" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, Madriddəki "Alfredo di Stefano" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.
Hesabı 22-ci dəqiqədə qonaq komandadan Fernando açıb. 67-ci dəqiqədə Marko Asensio bərabərlik qolunu vurub. 78-ci dəqiqədə İvan Rakitiç penaltidən "Sevilya"nı yenidən önə çıxarıb. Lakin 90+4-cü dəqiqədə Eden Azar "kral klubu"nu məğlubiyyətdən qurtarıb.
Bu nəticədən sonra "Real Madrid" xalını 75-ə çatdıraraq, yenidən 2-ci pilləyə qayıdıb. 3-cü pillədəki "Barselona" da eyni xala malikdir. "Sevilya" 71 xalla 4-cüdür. Turnir cədvəlinə isə 77 xalla "Atletiko" başçılıq edir.
Qeyd edək ki, bu tur daha bir mərkəzi görüş "Barselona" və "Atletiko" arasında olub. Qarşılaşma qolsuz tamamlanıb.