"Real Madrid" Serxio Ramosun forma nömrəsini yeni transferə verdi

"Real Madrid" Serxio Ramosun forma nömrəsini yeni transferə verdi İspaniyanın "Real Madrid" klubu yeni transferi David Alabanı təqdim edib.
Futbol
21 İyul , 2021 15:44
Real Madrid Serxio Ramosun forma nömrəsini yeni transferə verdi

İspaniyanın "Real Madrid" klubu yeni transferi David Alabanı təqdim edib.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi tibbi müayinədən uğurla keçib.

Avstriya millisinin üzvü yeni komandasında 4 nömrəli formanı geyinəcək. "Kral klubu"nda daha əvvəl Fransa PSJ-sinə keçən Serxio Ramos eyni nömrəli formada çıxış edib.

Qeyd edək ki, David Alaba "Real Madrid"lə 5 illik müqavilə imzalayıb. O, ötən mövsüm Almaniya "Bavariya"sının heyətində 32 oyunda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi