"Real Madrid" Serxio Ramosa əvəz tapdı

"Real Madrid" Serxio Ramosa əvəz tapdı İspaniya "Real Madrid"i klubla vidalaşan kapitan Serxio Ramosa əvəzləyici tapıb
Futbol
21 İyun , 2021 11:30
Real Madrid Serxio Ramosa əvəz tapdı
Jül Kunde

İspaniya "Real Madrid"i klubla vidalaşan kapitan Serxio Ramosa əvəzləyici tapıb.

"Report" "Marca"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sevilya"da çıxış edən Jül Kundeni heyətinə qatmaq istəyir. Madrid klubu 22 yaşlı müdafiəçi üçün danışıqlara başlayacaq.

Qeyd edək ki, Serxio Ramos da 2005-ci ildə "Sevilya"dan "Real Madrid"ə keçmişdi. Kundenin hazırkı klubu ilə müqaviləsi 2024-cü ildə başa çatmalıdır. O, ötən mövsüm La Liqada 34 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi