"Real Madrid" serbiyalı hücumçunun transferini açıqlayıb

"Real Madrid" serbiyalı hücumçunun transferini açıqlayıb İspaniyanın Real Madrid klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbol
4 İyun , 2019 15:59
Real Madrid serbiyalı hücumçunun transferini açıqlayıb

İspaniyanın "Real Madrid" klubu heyətinə yeni futbolçu cəlb edib. 

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasından Luka Yoviçlə anlaşma əldə olunub. Serbiyalı oyunçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. 

22 yaşlı hücumçunun 2025-ci il iyunun 30-dək Madrid təmsilçisində çıxış edəcəyi bildirilir. 

Qeyd edək ki, Luka Yoviç ötən mövsüm Almaniya Bundesliqasında 32 oyuna 17 qol vurub. 

Son xəbərlər

Orphus sistemi