"Real Madrid" komandası son 55 ildə ilk dəfə 10 qol vurub

"Real Madrid" komandası son 55 ildə ilk dəfə 10 qol vurub "Kral klubu" "Rayo Valyekano"nu məğlubiyyətə uğradıb
Futbol
21 Dekabr , 2015 10:40
Real Madrid komandası son 55 ildə ilk dəfə 10 qol vurub

Bakı. 21 dekabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu İspaniya çempionatının XVI turunda "Rayo Valyekano"nun qapısından 10 top keçirib. "Report"un məlumatına görə, Madriddə keçirilmiş qarşılaşma meydan sahiblərinin 10:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

"Kral klubu"nun heyətində Qaret Beyl poker (dəq. 25; 41; 61; 70), Kərim Benzema het-trik (dəq.48; 80; 90), Kriştianu Ronaldu dubl (dəq.30; 53-penalti ilə) edib. Daha bir qolu isə Danilo (dəq. 3) vurub. "Rayo Valyekano"dan isə Antonio Amayya (dəq. 10) və Xosabed Sançes (dəq. 12) fərqlənib. Qonaqlar matçın böyük hissəsini 9 oyunçu ilə keçiriblər. 14 və 29-cu dəqiqələrdə Tito və Raul Baena qovulub. "Real Madrid" sonuncu dəfə 10 və daha çox qolu 1960-cı ildə vurub. Həmin vaxt Madrid klubu "Elçe"ni yenib - 11:2.   

Qeyd edək ki, "böyük beşlik" çempionatlarında (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa) "ikirəqəmli" qələbə 31 il 2 ay 10 gündən sonra baş verib. 1984-cü il oktyabrın 10-da Almaniya Bundesliqası matçında "Borussiya" (Mönhenqladbax) komandası "Ayntraxt" (Braunşveyq) komandasını yenib - 10:0. 

Son xəbərlər

Orphus sistemi