​"Real Madrid" klubu Roberto Karlosla danışıq aparır

​"Real Madrid" klubu Roberto Karlosla danışıq aparır Bu barədə sabiq futbolçunun özü açıqlama verib
Futbol
12 Yanvar , 2016 21:07
​Real Madrid klubu Roberto Karlosla danışıq aparır

Bakı. 12 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu daha bir sabiq futbolçusu ilə danışıqlar aparır. "Report"un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubu Zinəddin Zidanın baş məşqçi təyin olunmasından sonra Roberto Karlosu da komandaya cəlb etmək istəyir.

Artıq braziliyalı ilə danışıqlar aparılır və ilkin görüşmələr olub. Bu barədə Karlosun özü açıqlama verib: "Real Madrid"də işləmək mənim üçün şərəfdir. Klubdakı gələcəyimlə bağlı görüş keçirmişəm. İndi bir neçə boş günüm var. Cümə günü gələcəyimlə bağlı nələrsə öyrənəcəyik. İdman direktoru olmaq bir az çətindir. Mənim istəyim Zidandan bir şeylər öyrənmək və ona məşqlərdə kömək etməkdir".

Qeyd edək ki, 1996-cı ildə "Real Madrid"ə transfer olan Roberto Karlos 11 il bu komandanın uğurları üçün çalışıb. O, baş məşqçi kimi Rusiyanın "Anji", Türkiyənin "Akhisar" və "Sivasspor" komandalarında işləyib. Hazırda isə Hindistanın "Dehli Daynamos" komandasının baş məşqçisidir.

Son xəbərlər

Orphus sistemi