"Real Madrid" klubu loqosundakı xaç simvolunu ləğv edir

"Real Madrid" klubu loqosundakı xaç simvolunu ləğv edir Buna səbəb klubun müsəlman şirkəti ilə razılığa gəlməsidir
Futbol
105
25 Yanvar , 2017 20:24
Real Madrid klubu loqosundakı xaç simvolunu ləğv edir

Bakı. 25 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu loqosunda dəyişiklik edəcək. 

"Report"un məlumatına görə, Madrid təmsilçisi loqonun üst hissəsində yer alan xaç simvolunu yığışdırır.

Buna səbəb klubun Birləşmiş Ərəb Əmirliyinin "Marka" adlı şirkətinin ərəb ölkələrində klub məhsullarının istehsalı, satılması və paylanılması hüququnu almasıdır.

Şirkətin prezident köməkçisi Xaled Əl-Meiri mətbuata açıqlamasında müsəlman ölkələrində xaç simvollu məhsullara qarşı göstərilən münasibətləri əsas gətirərək ərəb ölkələrində satılan məhsullarda xaçın olmayacağını bildirib.

Martdan BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Omanda "Real Madrid"in məhsullarının satışı başlayacaq.

Qeyd edək ki, "Real Madrid" sonuncu dəfə 2014-cü ildə Abu Dabi Beynəlxalq Bankı ilə əldə olunan razılaşmaya əsasən loqosundakı xaç simvolundan istifadə etməyib.

Son xəbərlər

Orphus sistemi