"Real Madrid"in yarımmüdafiəçisi bir aylıq sıradan çıxıb

"Real Madrid"in yarımmüdafiəçisi bir aylıq sıradan çıxıb İspaniyanın Real Madrid komandası növbəti dəfə itki ilə üzləşib.
Futbol
27 Avqust , 2019 13:04
Real Madridin yarımmüdafiəçisi bir aylıq sıradan çıxıb

İspaniyanın "Real Madrid" komandası növbəti dəfə itki ilə üzləşib. 

"Report" ESPN-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Xames Rodriqesin əzələsində problem aşkarlanıb. Kolumbiyalı oyunçu 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Qeyd edək ki, Xames Rodriqes İspaniya La Liqasının II turunda "Valyadolid"lə görüşdə (1:1) zədələnib və 57-ci dəqiqədə əvəzlənməli olub. "Kral klubu"nun yeni transferi Eden Azar zədə səbəbindən bu qarşılaşmada iştirak etməyib. Belçikalı oyunçu növbəti turda “Vilyarreal”la səfər matçını da buraxacaq. 

Son xəbərlər

Orphus sistemi