"Real Madrid"in məşhur futbolçusu karyerasını başa vurur

"Real Madrid"in məşhur futbolçusu karyerasını başa vurur İspaniyanın "Real Madrid" klubunun və Uels millisinin futbolçusu Qaret Beyl karyerasını başa vura bilər
Futbol
7 Yanvar , 2022 17:08
Real Madridin məşhur futbolçusu karyerasını başa vurur

İspaniyanın "Real Madrid" klubunun və Uels millisinin futbolçusu Qaret Beyl karyerasını başa vura bilər.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, 33 yaşlı vinger mövsümün sonunda futbolla vidalaşmağı düşünür.

Madrid təmsilçisi Beyl ilə müqaviləni yeniləmək fikrində deyil. Onun karyerası barədə yekun qərarı Uels yığmasından asılı olacaq. Komanda Qətərdəki dünya çempionatına vəsiqə qazana bilsə, ulduz futbolçu yeni klub axtaracaq. Əks halda, Beyl karyerasını bitirəcək. O, artıq özünü maddi cəhətdən təmin etdiyi üçün bu addımı atmaq niyyətindədir.

Qeyd edək ki, Uels yığması pley-offda Avstriyanı yenəcəyi təqdirdə, Şotlandiya - Ukrayna duelinin güclüsü ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi