“Real Madrid”in Kriştianu Ronaldusuz ilk rəsmi ev oyununda azarkeş antirekordu qeydə alınıb

“Real Madrid”in Kriştianu Ronaldusuz ilk rəsmi ev oyununda azarkeş antirekordu qeydə alınıb Bakı. 20 avqust. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun Kriştianu Ronaldunun iştirakı olmadan keçirdiyi ilk rəsmi ev oyununda azarkeş sayında antirekord qeydə alınıb.
Futbol
20 Avqust , 2018 12:18
“Real Madrid”in Kriştianu Ronaldusuz ilk rəsmi ev oyununda azarkeş antirekordu qeydə alınıb
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun Kriştianu Ronaldunun iştirakı olmadan keçirdiyi ilk rəsmi ev oyununda azarkeş sayında antirekord qeydə alınıb.

“Report” xəbər verir ki, La Liqanın I turunda “kral klubu”nun “Xetafe”ni 2 cavabsız qolla məğlub etdiyi görüşü 48466 nəfər tribunadan izləyib. Bu isə son 10 mövsümün ən aşağı göstəricisidir.

Sonuncu dəfə bu cür aşağı göstərici 2009-cu ilin mayında qeydə alınıb. “Real Marid”in “Santyaqo Bernabeu”da “Malyorka”ya 1:3 hesabı ilə uduzduğu matça 45 min azarkeş gəlib.

Qeyd edək ki, “Santyaqo Bernabeu”nun tutumu 81044 nəfərlikdir. 2009-cu ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə keçən Kriştianu Ronaldu ötən ay İtaliya təmsilçisi “Yuventus”a transfer olunub.

Son xəbərlər

Orphus sistemi