"Real Madrid"in keçmiş futbolçusu rəqib oyunçunun həyatını xilas edib

"Real Madrid"in keçmiş futbolçusu rəqib oyunçunun həyatını xilas edib Qətər çempionatının XIII tur matçında "Əl Rayyan" klubunun futbolçusu Xames Rodriges "Əl Vakra"nın müdafiəçisi Usman Kulibalinin həyatını xilas edib.
Futbol
13 Yanvar , 2022 09:33
Real Madridin keçmiş futbolçusu rəqib oyunçunun həyatını xilas edib

Qətər çempionatının XIII tur matçında "Əl Rayyan" klubunun futbolçusu Xames Rodriges "Əl Vakra"nın müdafiəçisi Usman Kulibalinin həyatını xilas edib.

"Report"un məlumatına görə, İspaniya "Real Madrid"inin sabiq yarımmüdafiəçisi ilk yarıda huşunu itirən malili oyunçunun köməyinə özünü hamıdan tez çatdırıb.

Kolumbiyalı legioner təcili yardım briqadası ilkin yardım göstərib. O, 32 yaşlı futbolçunun nəfəs ala bilməsinə kömək edib. Xəstəxanaya çatdırılan Kulibalinin hazırkı durumu sabit qiymətləndirilir. Onun ürəktutması keçirdiyi açıqlanıb.

Xatırladaq ki, Xames Rodriges "Əl Rayyan"da 2021-ci ilin sentyabrından çıxış edir. O, ötən mövsüm 7 oyunda 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Son xəbərlər

Orphus sistemi