"Real Madrid"in kapitanı maaşının azaldılmasına razı oldu

"Real Madrid"in kapitanı maaşının azaldılmasına razı oldu İspaniyanın "Real Madrid" klubu futbolçusu Serxio Ramosla müqaviləni yeniləmək üçün danışıqlar aparır.
Futbol
624
8 Sentyabr , 2020 11:04
Real Madridin kapitanı maaşının azaldılmasına razı oldu
Serxio Ramos

İspaniyanın "Real Madrid" klubu futbolçusu Serxio Ramosla müqaviləni yeniləmək məqsədilə danışıqlar aparır. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, kapitan koronavirus pandemiyası fonunda klubun maddi çətinliklərini bildiyi üçün maaşının azaldılmasına razı olduğunu bildirib. 

Tərəflər hələ ki, razılığa gəlməyiblər. Lakin müqavilənin yenilənməsi ilə bağlı çətinlik yaranmamalıdır, çünki 34 yaşlı təcrübəli müdafiəçinin klub prezidenti Frentino Pereslə yaxşı münasibəti var. 

Qeyd edək ki, Serxio Ramason "Real Madrid"lə müqaviləsi 2021-ci ildə başa çatır. O, Madrid təmsilçisi ilə 4 dəfə Çempionlar Liqasının və 5 dəfə İspaniya La Liqasının qalibi olub. Müdafiəçi ötən mövsüm 35 matçda meydanda olub və 11 qol vurub. 

Orphus sistemi