"Real Madrid"in kapitanı El-Klasikoda oynaya biləcək

"Real Madrid"in kapitanı El-Klasikoda oynaya biləcək İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramos La Liqanın VII turunda "Barselona"ya qarşı matçda iştirak edə biləcək.
Futbol
23 Oktyabr , 2020 17:21
Real Madridin kapitanı  El-Klasikoda oynaya biləcək
Serxio Ramos
0 : 00
0 : 00

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramos La Liqanın VII turunda "Barselona"ya qarşı matçda iştirak edə biləcək.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan oyun öncəsi mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, komandanın kapitanı zədəsini sağaldıb və mövsümün ilk El-Klasikosunda meydanda olacaq.

"Barselona"da isə müdafiəçi Jordi Alba zədəsini sağaldıb. Onun "Real Madrid"lə görüşdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək "Barselona" - "Real Madrid" matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi