"Real Madrid"in hücumçusu tarixə düşüb
Futbol
- 29 noyabr, 2021
- 05:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.
"Report"un məlumatına görə, 34 yaşlı hücumçu buna evdə "Sevilya"nı 2:1 hesabı ilə məğlub etdikləri XV tur oyununda nail olub.
Komandasının ilk qoluna imza atan forvard tarixə düşüb. Benzema klub karyerasında 361-ci qolunu vurub. O, həmyerlisi Tyerri Anrini (360 qol) qabaqlayaraq, fransalı futbolçular arasında klub futbolu tarixinin bombardiri adına sahib çıxıb.
Qeyd edək ki, Kərim Benzema cari mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 18 görüş keçirib və 16 qol vurub. "Kral klubu" 33 xalla La Liqanın lideridir.
Son xəbərlər
17:41
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb
Maliyyə
17:35
"World Winners Cup Alanya 2026": Azərbaycanın "Marafon" klubu dördüncü matçında da uduzub
Futbol
17:28
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Xarici siyasət
17:27
Azərbaycan 9 ayda kartof ixracından 30 milyon dollar qazanc əldə edib
Biznes
17:26
Video
Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb
Region
17:25
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
Digər ölkələr
17:18
Ceyranbatanda şagirdlər zəhərləniblər - Yenilənib
Hadisə
17:18
Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib
Region
17:16
Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri siyahısına əlavələr edilir
Milli Məclis