"Real Madrid"in hücumçusu məhkəmə qarşısına çıxacaq

"Real Madrid"in hücumçusu məhkəmə qarşısına çıxacaq İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema məhkəmə qarşısına çıxacaq.
Futbol
7 Yanvar , 2021 17:49
Real Madridin hücumçusu məhkəmə qarşısına çıxacaq
Kərim Benzema

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema məhkəmə qarşısına çıxacaq.

"Report" "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı forvard Yunanıstan "Olimpiakos"unda çıxış edən Matyö Valbuenanı şantaj etməkdə ittiham olunur.

İddiaya görə, Benzema 2015-ci ildə Valbuenanı intim videosunun yayılmamasından ötrü şantajçılara pul ödəməyə təhrik edib.

Qalmaqal səbəbindən hər iki oyunçu Fransa millisinin 2016-cı il Avropa çempionatına aparılan heyətindən kənarlaşdırılıb. Benzema o vaxtdan yığmaya dəvət almır.

Son xəbərlər

Orphus sistemi