"Real"ın hər oyunçusu "Barselona" üzərində qələbəyə görə 150 min avro alacaq

"Real"ın hər oyunçusu "Barselona" üzərində qələbəyə görə 150 min avro alacaq İspaniya Superkubokunun finalında "Barselona"ya 4:1 hesabı ilə qalib gələn "Real Madrid"in hər bir futbolçusu 150 min avro alacaq.
Futbol
15 Yanvar , 2024 05:28
Realın hər oyunçusu Barselona üzərində qələbəyə görə 150 min avro alacaq

İspaniya Superkubokunun finalında "Barselona"ya 4:1 hesabı ilə qalib gələn "Real"ın hər bir futbolçusu 150 min avro alacaq.

“Report” xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.

Madrid klubunun prezidenti Florentino Peres komanda və məşqçilər heyətini mükafatlandırmaq üçün 4 milyon avro ayırıb.

Qeyd edək ki, İspaniya Superkubokunun final oyununda “Real” “Barselona”ya qalib gəlib. Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Real”ın üç qolunu braziliyalı Vinisius Junior vurub. O, 39 dəqiqə ərzində het-trik edib. “Barselona” bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 33-cü dəqiqədə Levandovski fərqlənib.Qarşılaşmanın 64-cü dəqiqəsində Rodriqo “Real”ın 4-cü qolunu vurub - 4:1.

Beləliklə, “Kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub.

Daha əvvəl İspaniya Superkubokunun yarımfinalında "Real" "Atletiko"nu 5:3 hesabı ilə məğlub edib. Qalibi müəyyən etmək üçün əlavə vaxt lazım olub. Matçın əsas vaxtı heç-heçə başa çatıb - 3:3. "Barselona" isə bundan əvvəl "Osasuna"nı əsas vaxtda 2:0 hesabı ilə məğlub etmişdi.

2023-cü ildə İspaniya Superkubokunun finalında "Barselona" "Real"a 3:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi