"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı

"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı İspaniyanın Real Madrid klubunun futbolçusu Marko Asensio uzun müddətdən sonra zədəsini sağaldıb.
Futbol
122
1 İyun , 2020 17:00
Real Madridin futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marko Asensio uzun müddətdən sonra zədəsini sağaldıb. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, 2019-cu ilin iyulunda zədələnən 24 yaşlı hücumçu artıq sıraya dönüb. 

Bu ilin fevral ayında xəsarət alan Madrid təmsilçisinin digər futbolçusu Eden Azar da zədədən xilas olub.  

Qeyd edək ki, Marko Asensio Beynəlxalq Çempionlar Kubokunda İngiltərə "Arsenal"ı ilə matçda zədələnib. Onun dizindəki xaçvari bağları qırılıb. Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. 

Son xəbərlər

Orphus sistemi