"Real Madrid"in futbolçusu ölkəsinin tarixinə düşüb
Futbol
- 05 may, 2022
- 06:07
İspaniyanın "Real Madrid" klubunun braziliyalı futbolçusu Rodriqo ölkəsinin tarixinə düşüb.
"Report"un məlumatına görə, 22 yaşlı hücumçu buna İngiltərə "Mançester Siti"sinə əlavə vaxtda 3:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda nail olub.
90 və 90+1-ci dəqiqələrdə fərqlənən forvard braziliyalı oyunçuların turnirdə 999 və 1000-ci qollarına imza atıb. Cənubi amerikalılar bu qol səddinə çatan ilk ölkədir. İkinci yerdə fransalı oyunçular qərarlaşıb - 802 qol.
Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son xəbərlər
07:10
Tramp: Vaşinqton qəbul zamanı atəş açan şəxsin bir neçə silahı olub
Digər ölkələr07:03
İsrailin Müdafiə Ordusu Livanın cənubuna zərbələr endirib
Digər ölkələr06:38
Tramp atışma hadisəsindən sonra mətbuat konfransı keçirəcəyini açıqlayıb
Digər ölkələr06:33
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər bu gün imtahan verəcək
Elm və təhsil06:28
Tramp qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb
Digər ölkələr06:00
Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Elm və təhsil05:49
İspaniyada attraksionda qəza nəticəsində dörd nəfər xəsarət alıb
Digər ölkələr05:32
Ağ Ev: Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir
Digər ölkələr04:59
Video