"Real Madrid"in futbolçusu karantini pozduğu üçün cərimələndi

"Real Madrid"in futbolçusu karantini pozduğu üçün cərimələndi İspaniya "Real Madrid"inin futbolçusu Marselo 2,7 min avro məbləğində cərimələnib.
Futbol
1 Aprel , 2021 21:07
Real Madridin futbolçusu karantini pozduğu üçün cərimələndi

İspaniya "Real Madrid"inin futbolçusu Marselo 2 700 avro məbləğində cərimələnib.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, buna braziliyalı müdafiəçinin karantin qaydalarını pozması səbəb olub.

33 yaşlı futbolçu instaqram səhifəsində Valensiya çimərliyində ailəsi ilə birlikdə istirahətdə olduğu fotonu paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etməyib.

Qeyd edək ki, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət məhdudlaşdırılıb. İctimai yerlərdə maska ​​taxmaq hər kəs üçün məcburidir.

Son xəbərlər

Orphus sistemi