"Real Madrid"in futbolçusu baş məşqçi ilə münaqişə səbəbindən "Roma" ilə matçda iştirak etməyib

"Real Madrid"in futbolçusu baş məşqçi ilə münaqişə səbəbindən "Roma" ilə matçda iştirak etməyib Bakı. 28 noyabr. REPORT.AZ/ İspaniyanın Real Madrid klubunun futbolçusu İskonun Çempionlar Liqasının V turunda səfərdə İtaliya Roması ilə matçda iştirak etməməsinin səbəbi bəlli olub.
Futbol
28 Noyabr , 2018 15:23
Real Madridin futbolçusu baş məşqçi ilə münaqişə səbəbindən Roma ilə matçda iştirak etməyib
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu İskonun Çempionlar Liqasının V turunda səfərdə İtaliya "Roma"sı ilə matçda iştirak etməməsinin səbəbi bəlli olub.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, bu, 26 yaşlı yarımmüdafiəçi ilə komandanın baş məşqçisi Santyaqo Solari arasında baş verən münaqişə səbəbindəndir. 42 yaşlı mütəxəssisə qarşı hörmətsizlik etdiyi üçün İskonun adı görüşün "18-liy"inə salınmayıb. Münaqişənin digər detalları isə məlum deyil.    

Argentinalı baş məşqçi baş verən hadisələrə baxmayaraq, müzakirələrdən qaçmaq üçün İskonu İtaliyaya aparıb. 

Qeyd edək ki, görüş "Real Madrid"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi