"Real Madrid"in əsas futbolçuları "İnter"lə matçı buraxacaq

"Real Madrid"in əsas futbolçuları "İnter"lə matçı buraxacaq İspaniyanın "Real Madrid" komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçına ciddi itkilərlə çıxacaq.
Futbol
389
24 Noyabr , 2020 09:33
Real Madridin əsas futbolçuları İnterlə matçı buraxacaq

İspaniyanın "Real Madrid" komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçına ciddi itkilərlə çıxacaq.

"Report" paytaxt təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, komandanın əsas hücumçusu Kərim Benzema və kapitan Serxio Ramos zədəli olduqları üçün İtaliya "İnter"i ilə matçın heyətinə daxil edilməyib.

Digər müdafiəçi Eder Militauda koronavirus aşkarlanıb. Həmçinin hücumçu Luka Yoviç, yarımmüdafiəçi Federiko Valverde və müdafiəçi Alvaro Odriosola sıradan çıxıb.

Qeyd edək ki, İnter - "Real Madrid" matçı noyabrın 25-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi