"Real Madrid"in əfsanəvi futbolçusu vəfat etdi

"Real Madrid"in əfsanəvi futbolçusu vəfat etdi İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Enrike Peres Dias dünyasını dəyişib
Futbol
10 Fevral , 2021 15:15
Real Madridin əfsanəvi futbolçusu vəfat etdi

İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Enrike Peres Dias dünyasını dəyişib.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş müdafiəçi 83 yaşında vəfat edib.

Qeyd edək ki, "Paçin" ləqəbi ilə tanınan oyunçu 1959 - 1968-ci illlərdə "Real Madrid"in formasını geyinib. O, "kral klubu"nda 218 matçda iştirak edib. Dias bu komandanın heyətində 7 dəfə İspaniya çempionatının, iki dəfə isə Çempionlar Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi