"Real Madrid"in aparıcı futbolçusu növbəti turda da oynamayacaq

"Real Madrid"in aparıcı futbolçusu növbəti turda da oynamayacaq İspaniyanın "Real Madrid" komandası İspaniya La Liqasının III turunda "Betis"lə oyuna itki ilə çıxacaq.
Futbol
26 Avqust , 2021 14:12
Real Madridin aparıcı futbolçusu növbəti turda da oynamayacaq
Luka Modriç

İspaniyanın "Real Madrid" komandası La Liqanın III turunda "Betis"lə oyuna itki ilə çıxacaq.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin yarımmüdafiəçisi Luka Modriç bu matçda da komandasına kömək edə bilməyəcək.

36 yaşlı oyunçu II turda "Levante" ilə 3:3 hesablı heç-heçə etdikləri görüşü də zədə səbəbindən buraxıb. Xorvatiyalı futbolçu hazırda fərdi məşq edir.

Bundan əlavə, "kral klubu"nun heyətində Mariano Diasla Marselo zədələrini sağaldıb və kollektivlə məşqlərə qoşulub.

Qeyd edək ki, sentyabrın 28-də keçiriləcək "Betis" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi