"Real Madrid"in 9 futbolçusu təxirə salınmış oyunu buraxacaq

"Real Madrid"in 9 futbolçusu təxirə salınmış oyunu buraxacaq İspaniyanın "Real Madrid" klubu "Xetafe" ilə La Liqanın I turundan təxirə salınmış oyun öncəsi ciddi problemlə üzləşib
Futbol
8 Fevral , 2021 20:58
Real Madridin 9 futbolçusu təxirə salınmış oyunu buraxacaq

İspaniyanın "Real Madrid" klubu "Xetafe" ilə La Liqanın I turundan təxirə salınmış oyun öncəsi ciddi problemlə üzləşib.

"Report" "Marca"ya xəbər verir ki, əsas komandanın 9 futbolçusu sözügedən qarşılaşmanı buraxacaq.

Bunlar Serxio Ramos, Daniel Karvahal, Lukas Vaskes, Alvaro Odriosola, Eder Militau, Federiko Valverde, Eden Azar, Rodriqu və Toni Kroosdur. Oyunçular zədə, xəstəlik və cəza səbəbindən meydana çıxa bilməyəcəklər.

Hazırda baş məşqçinin Zinəddin Zidanın sərəncamında əsas komandadan cəmi 14 futbolçu qalıb. Fransalı mütəxəssis sifariş ərizəsini tamamlamaq üçün əvəzedici heyətdən 5 futbolçu cəlb edib.

Qeyd edək ki, "Real Madrid" - "Xetafe" matçı fevralın 9-dan 10-na keçən gecə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi