"Real Madrid"in 4 futbolçusunda koronavirus aşkarlanıb

Futbol
  • 29 dekabr, 2021
  • 15:20
Real Madridin 4 futbolçusunda koronavirus aşkarlanıb

İspaniya "Real Madrid" futbol klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"Report"un Madrid təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, "kral klubu"nun 4 oyunçusunun COVID-19 testi müsbət çıxıb.

Bunlar qapıçı Tibo Kurtua, yarımmüdafiəçilər Federiko Valverde və Eduardu Kamavinqa, həmçinin hücumçu Vinisius Juniordur. Bütün futbolçular karantinə alınıblar.