"Real Madrid" əzmkar qələbə ilə liderliyini möhkəmlədib

"Real Madrid" əzmkar qələbə ilə liderliyini möhkəmlədib İspaniya La Liqasında XXXII turun mərkəzi görüşü "Sevilya" və "Real Madrid" komandaları arasında keçirilib.
Futbol
17 aprel 2022 21:08
Real Madrid əzmkar qələbə ilə liderliyini möhkəmlədib

İspaniya La Liqasında XXXII turun mərkəzi görüşü "Sevilya" və "Real Madrid" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Ramon Sançes Pisxuan" stadionunda təşkil olummuş qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.

İlk iki qolu meydan sahiblərindən İvan Rakitiç 21-ci və Erik Lamela 25-ci dəqiqədə vurub.

"Kral klubu" ikinci hissədə geridönüş etməyi bacarıb. Fasilədən dərhal sonra meydana çıxan Rodriqo 50-ci dəqiqədə fərqi azaldıb. 83-cü dəqiqədə Naço Fernandes bərabərlik, 90+2-ci dəqiqədə isə Kərim Benzema qələbə topuna imza atıb.

Bununla da xalını 75-ə çatdıran "Real Madrid" liderliyini möhkəmlədib. "Sevilya" isə "Barselona" ilə birgə 60 xalla 2-3-cü yerləri bölüşür. Lakin Kataloniya komandasının ehtiyatda 2 oyunu var.

Orphus sistemi