"Real Madrid"də çıxış etmiş yeganə isveçli futbolçu öldü

"Real Madrid"də çıxış etmiş yeganə isveçli futbolçu öldü İsveç millisinin və İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Agne Simonsson dünyasını dəyişib.
Futbol
23 Sentyabr , 2020 15:43
Real Madriddə çıxış etmiş yeganə isveçli futbolçu öldü
Agne Simonsson

İsveç millisinin və İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Agne Simonsson dünyasını dəyişib. 

"Report" İsveç Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, keçmiş hücumçu 85 yaşında vəfat edib. 

Qeyd edək ki, Agne Simonsson yığmanın heyətində 51 matç keçirib və 27 qol vurub. 1960 - 1963-cü illərdə "Real Madrid"in formasını geyinmiş oyunçu indiyədək Madrid təmsilçisində çıxış etmiş yeganə isveçlidir. O, 1958-ci il dünya çempionatının finalında Braziliyaya 2:5 hesabı ilə uduzduqları matçda qol vura bilib.

Son xəbərlər

Orphus sistemi