"Real Madrid" Çempionlar Liqası matçına bir neçə itki ilə çıxacaq

"Real Madrid" Çempionlar Liqası matçına bir neçə itki ilə çıxacaq "Kral klubu"nun heyətində son olaraq Daniel Karvahal zədələnib
Futbol
15 Fevral , 2021 09:09
Real Madrid Çempionlar Liqası matçına bir neçə itki ilə çıxacaq

İspaniyanın "Real Madrid" komandası İtaliyada "Atalanta"ya qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçına itkilərlə çıxacaq.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, son olaraq "kral klubu"nun heyətində Daniel Karvahal zədələnib.

29 yaşlı cinah müdafiəçisi La Liqanın XXIII turunda "Valensiya"nı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə sıradan çıxıb. Bundan əlavə, baş məşqçi Zinəddin Zidan əməliyyat olunmuş kapitan Serxio Ramosun xidmətindən yararlana bilməyəcək. Madrid təmsilçisində həmçinin, Marselo, Rodriqo, Federiko Valverde, Eder Militau, Alvaro Odriosola və Eden Azar zədəlidir.

Qeyd edək ki, fevralın 23-də keçiriləcək "Atalanta" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi