"Real Madrid" 40 ildən sonra futbolçu almadı

"Real Madrid" 40 ildən sonra futbolçu almadı İspaniyanın "Real Madrid" klubu 40 ildən sonra transfer dönəmində heyətinə futbolçu cəlb etməyib.
Futbol
6 Oktyabr , 2020 12:07
Real Madrid 40 ildən sonra futbolçu almadı

İspaniyanın "Real Madrid" klubu 40 ildən sonra transfer dönəmində heyətinə futbolçu cəlb etməyib. 

"Report"un məlumatına görə, bu yay keçid gerçəkləşdirməyən paytaxt təmsilçisi son olaraq 1980/1981 mövsümünü transfersiz başa vurub. 

Zinəddin Zidanın baş məşqçi oldu komanda heyəti aşağı yaş qrupundan olan və icarədən qayıdan oyunçularla genişləndirib. İcarədən qayıdan Martin Odegor ("Real Sosyedad"), Alvaro Odriozola ("Bavariya", Almaniya), və Andrey Lunin ("Real Ovyedo") əsas heyətə cəlb edilib. 

Qeyd edək ki, transfer dönəmində bəzi oyunçuları ilə vidalaşan "Real Madrid" 100 milyon avroluq gəlir əldə edib. İspaniya nəhəngi Xames Rodrigesi İngiltərə "Everton"una satıb, Qaret Beyli isə icarə əsasında eyni ölkənin "Tottenhem" klubuna göndərib. 

Son xəbərlər

Orphus sistemi