“Real” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

“Real” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub UEFA Çempionlar Liqasında final oyunu keçirilib.
Futbol
2 İyun , 2024 00:57
“Real” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

UEFA Çempionlar Liqasında final oyunu keçirilib.

“Report” xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı “Uembli”də baş tutan görüşdə Almaniyanın “Borussiya” (Dortmund) və İspaniyanın “Real" (Madrid) komandaları üz-üzə gəlib.

Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma “Kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qol ikinci hissədə vurulub. 74-cü dəqiqədə Dani Karvahal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.

Beləliklə, “Real” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçün isə bu dördüncü tituldur. Daha öncə italiyalı mütəxəssis 2022/2023 mövsümündə Yurgen Kloppun “Liverpul”unu yenərək “Real”ı 14-cü dəfə çempion edib. Eyni zamanda, o, 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya “Milan”ı ilə də bu titulu əldə edib.

Son xəbərlər

Orphus sistemi