"Real" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
  • 23 yanvar, 2024
  • 13:59
Real futbolçusu ilə müqavilənin müddətini uzadıb

İspaniyanın "Real" klubu futbolçusu Eder Militao ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı oyunçunun yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Eder Militao 2019-cu ildən "Kral klubu"nun formasını geyinir.

Son xəbərlər

Bütün Xəbər Lenti