İspaniyanın “Real Madrid" komandası Çempionlar Liqasının (ÇL) 1/8 finalında İtaliyanın "Atalanta" komandasına qarşı ilk matçdan sonra ÇL-in tarixinə düşüb.
Bu barədə “Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
"Real Madrid" üçün bu görüş artıq 1992-ci ildə birincilik formatının dəyişməsindən Avropanın əsas klub yarışında 100-cü olub. “Real Madrid” o vaxtdan Çempionların Liqasının 25 mövsümündə iştirak edib və hər mövsümdə qrup mərhələsinə yüksəlib.
Qeyd edək ki, görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu 86-cı dəqiqədə Ferlan Mendi vurub.
"Real" həmçinin yeganə klubdur ki, pley-off matçlarında 50 qələbə qazanıb.
Turnirin formatını dəyişməsinə qədər yarış Avropa Çempionları Kuboku adlanırdı.