Rayan Giqqz sevgilisini döymədiyini iddia edir

Rayan Giqqz sevgilisini döymədiyini iddia edir Sevgilisi Keyt Qrevillə zorakılıqda günahlandırılan Uels millisinin baş məşqçisi Rayan Giqqz ittihamları rədd edib.
Futbol
3 Noyabr , 2020 16:24
Rayan Giqqz sevgilisini döymədiyini iddia edir
Rayan Giqqz

Sevgilisi Keyt Qrevillə qarşı zorakılıqda günahlandırılan Uels millisinin baş məşqçisi Rayan Giqqz ittihamları rədd edib.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, veteran futbolçu polisə ifadəsində xanımı döymədiyini bildirib.

47 yaşlı mütəxəssis məsələyə aydınlıq gətirmək üçün hüquq-mühafizə orqanlarına kömək edəcəyini deyib.

2 gün öncə saxlanılan keçmiş yarımmüdafiəçi dinidirildikdən sonra girov müqabilində istintaq başa çatanadək sərbəst buraxılıb.

Qeyd edək ki, Rayan Giqqzlə Keyt Qrevill 2017-ci ildən sevgilidir.

Son xəbərlər

Orphus sistemi