Rayan Babel: "Neftçi"yə qarşı komanda olaraq yaxşı oynadıq"

Rayan Babel: "Neftçi"yə qarşı komanda olaraq yaxşı oynadıq" "Uzun fasilədən sonra ilk matçıma çıxdım. Bunun üçün minnətdaram".
Futbol
18 Sentyabr , 2020 14:39
Rayan Babel: Neftçiyə qarşı komanda olaraq yaxşı oynadıq
Rayan Babel

"Uzun fasilədən sonra ilk matçıma çıxdım. Bunun üçün minnətdaram". 

"Report"un məlumatına görə, bu fikirləri "Qalatarasaray"ın futbolçusu Rayan Babel "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının II təsnifat mərhələsi matçından sonra deyib. 

33 yaşlı niderlandlı forvard yavaş-yavaş formaya düşdüyünü bildirib. Babel "Neftçi" ilə matçda komanda olaraq yaxşı iş gördüklərini söyləyib. 

Təcrübəli oyunçu ötən mövsümün ikinci yarısında Hollandiya "Ayaks"ına icarəyə verilib. Lakin o, koronavirus pandemiyası səbəbindən Amsterdam komandasının formasını geyinə bilməyib.  

Qeyd edək ki, Rayan Babel matça start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. "Ağ-qaralar"ı Avropa Liqasından kənarlaşdıran "Qalatasaray" III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" (Split) klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq.

Son xəbərlər

Orphus sistemi