Rauf Məmmədov: "Ukrayna yığması ilə heç-heçə kollegial səhv idi"

Rauf Məmmədov: "Ukrayna yığması ilə heç-heçə kollegial səhv idi" "Sevindirici haldır ki, turnir bu il baş tutdu. Bilirsiniz ki, ötən il pandemiyaya görə olmamışdı. Əlbəttə, mənim üçün rapid və blits şahmat daha xoşdur. Bunu daha çox sevirəm. Son zamanlar hamı tez-tez internetdə onlayn şahmat oynayır".
Futbol
18 Dekabr , 2021 16:29
Rauf Məmmədov: Ukrayna yığması ilə heç-heçə kollegial səhv idi
Rauf Məmmədov

"Sevindirici haldır ki, turnir bu il baş tutdu. Bilirsiniz ki, ötən il pandemiyaya görə olmamışdı. Əlbəttə, mənim üçün rapid və blits şahmat daha xoşdur. Bunu daha çox sevirəm. Son zamanlar hamı tez-tez internetdə onlayn şahmat oynayır".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan şahmatçısı Rauf Məmmədov Bakıda Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin açılış mərasimindən sonra deyib.

Qrossmeyster bildirib ki, turnirdəki əsas hədəfi üzərində heç bir təzyiq olmadan şahmat oynamaqdır: "Başqa heç nə fikirləşmirəm. Sadəcə, şahmatdan zövq almaq istəyirəm. Hər hansı stimul yoxdur ki, ilk 3 yerdən birini tutum. Fikirləşirəm ki, qarşıma hədəf qoymasam, daha yaxşı olar".

Məmmədov ötən ay Sloveniyanın Çatej şəhərindəki Avropa çempinonatında Ukrayna komandası ilə heç-heçə etdikləri görüşə də toxunub: "Bu, kollegial səhv idi. Çünki son oyunda uduzduq. Orada əvvəlcədən heç bir razılaşdırılma yox idi. Hərdən komanda yarışlarında bir lövhədə heç-heçə olanda digərlərində də eyni nəticə qeydə alınır. Bu nəticənin mənimlə bağlılığı yoxdur. Komanda yarışında seçimi bir nəfər etmir. Burada 5 nəfər və bir kapitan var. Hər şey birlikdə seçilir. Şəhriyar Məmmədyarovun həmin turda istirahət etməsinin səbəbini özündən soruşun. Yəqin ki, istirahət edir, növbəti tura hazırlaşırdı".

Azərbaycanın digər şahmatçısı Vüqar Əsədli isə turnirlə bağlı bunları söyləyib: "Dünyanın ən güclülərinə qarşı oynayıram. İnanıram ki, əlimdən gələni edəcəyəm və hər şey mənim üçün yaxşı olacaq".

Son xəbərlər

Orphus sistemi